Xəzər Xəbər

Mingəçevirdə qonşularının evlərini talayan şəxs yaxalanıb - VİDEO

Veb TV | 18:33 • 15 Noyabr 2019
Mingəçevirdə qonşularının evlərini talayan şəxs yaxalanıb -

Mingəçevirdə qonşularının evlərindən oğurluqlar edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər fərdi yaşayış evlərindən oğurluq edilməsi barədə məlumat veriblər.

Polis əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini Anar Həsənovu saxlayıb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib. Ətrafında aparılan araşdırmalar nəticəsində Anar Həsənovun bir neçə gün öncə daha 3 qonşusunun evindən oğurluq etdiyi də məlum olub.

Anar Həsənovun oğurladığı əşyaları ayrı-ayrı şəxslərə satdığı məlum olub. Həmin şəxslər də müəyyən olunaraq polis şöbəsinə dəvət edilib. Polislər tərəfindən onlarla profilaktik söhbətlər aparılaraq xəbərdarlıq ediliblər. Həmin əşyalar isə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırmalar aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti