Xəzər Xəbər

9 noyabr Dövlət Bayrağı Günüdür! VİDEO

Veb TV | 20:19 • 9 Noyabr 2019
9 noyabr Dövlət Bayrağı Günüdür!

Bu gün bayram abu havası demək olar ki, şəhərin hər yerində hiss edilib. İnsanlar bayrağa olan sevgilərini fərqli formada ifadə ediblər. Bəzi marşrut avtobusları da bu günün önəminə uyğun olaraq avtobuslardan bayraq asıblar. Dəniz Kənarı Bulvarda isə bayraq günü ilə bağlı aksiya keçirilib

Paytaxtda bayram abu havası demək olar ki hər yerdə hiss edilib.Kimi əlində bayraqlarla şəhərə çıxıb kimi isə üzünə bayraq rəsmi çəkdirib.

Paytaxt sakinləri bayraq gününü qeyd etmək üçün parklara axın edib.Bəziləri rayonlardan bakıya məhz bayraq gününü qeyd etmək üçün gəlib.

Bayram günü münasibətilə bəzi binalarda üçrəngli bayraqlarımızla bərabər türkiyə bayraqları asılıb.O cümlədən paytaxtda ictimai nəqliyyatda da bayram abu havası hiss olurudu. Əksər marşrut xəttlərində üçrəngli bayrağımız dalğalanırdı.

Dənizkənarı bulvarda da bayram abu havası yaşanıb.Bulvar ərazisinin 10 nöqtəsində arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib və yerli skainlərə o cümlədən turistlərə bayraq hədiyyə edilib.

Dahi şairimiz Bəxtiyar Vahabzadənin dili ilə desək, bayraq hər bir Azərbaycan vətəndaşının mənliyi onun kimliyidir. Bir əsr öncə dünya Azərbaycan adlı bir ölkəni məhz onunla tanıdı. Hər zaman yüksəklərdə dalğalanmasını arzuladığımız 3 rəngli dövlət bayrağımız bu gün 101 illiyini qeyd edir. Bayramın mübarək Azərbaycan!!!

Xəbər lenti