Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Hacıqabul və İsmayıllıda ağır yol qəzaları - 2 ölü, 1 yaralı var - VİDEO

Veb TV | 18:33 • 23 Oktyabr 2019
Hacıqabul və İsmayıllıda ağır yol qəzaları -

Hacıqabulda yük maşınının təkərləri altında qalan kişi ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük maşını sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 63 yaşlı Zöhrab Qocamanov hadisə yerində ölüb.

Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşının yubiley tədbirdə iştirak etmək üçün gəlib. Qonaqlıqdan sonra sərxoş vəziyyətdə yola çıxan Zöhrab Qocamanov yük avtomobilinin altında qalaraq ölüb.

İsmayıllıda isə avtomobilin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib. Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin aşması nəticəsində xəsarət alan Kürdmaşı kənd sakini, 26 yaşlı Əhməd Ağayev ağır bədən xəsarətləri aldığı üçün xəstəxanaya çatdırılıb və həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti