Xəzər Xəbər

Azərbaycanda bələdiyyə seçkilərinin TARİXİ AÇIQLANDI - VİDEO

Veb TV | 18:44 • 18 Oktyabr 2019
Azərbaycanda bələdiyyə seçkilərinin

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib.

Bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qeyd edək ki, bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Xəbər lenti