Xəzər Xəbər

ABŞ-da yaşayış evi qanla doldu VİDEO

Veb TV | 17:22 • 18 Oktyabr 2019
ABŞ-da yaşayış evi qanla doldu

Ayova ştatında (ABŞ) bir ailə evlərinin zirzəmisi qan ilə dolduğundan oradan köçməli olub.

"Newsweek” xəbər verir ki, Lestina ailəsinin qonşuluğunda ət dükanı olub.

Mağazada kanalizasiya sistemisıradan çıxdğına görə, ət məhsullarının emalından yarananqan, sümük qırıntıları və piy qonşunun zirzəmisinə axıb. Nəticədə zirzəmidə bir necə santimetrlik qan örtüyü yaranıb.

Dükanın yeni sahibləri dəymiş ziyanı ödəməkdən və zirzəmini təmizləməkdən imtina ediblər. Onlar bildiriblər ki, dükanı alan zamanproblemdən bixəbər olublar.

Lestina ailəsinə bir neçə min dollarlıq ziyan dəyib. Onlarmaddi zərərin odənilməsiməqsədi iləməhkəməyə müraciət etməyi qərara alıblar.


oxu.az

Xəbər lenti