Xəzər Xəbər

Təhsil naziri - Yeni pilot peşə təhsili müəssisələri yaradılacaq - VİDEO

Veb TV | 19:31 • 15 Oktyabr 2019
Təhsil naziri -

Peşə təhsilinə maraq daha da artır.Bunun nəticəsi olaraq təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinintikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib.Bu fikri "Sənaye - peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf" mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə "Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəfolaraq müəyyən edilib..

Ceyhun Bayramov həmçinin bildirib ki, yeni peşə təhsili müəssisələrinin açılması bir başa işsizliyin aradan qaldırılmasına istiqamətləndirilib.Hətta bunun üçün bəzi işlərdə görülüb.Əmək bazarında fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığa başlanılıb

Konfransda peşə təhsili ilə bağlı beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi də aparılıb

Xəbər lenti

Çox oxunanlar