Zaqatalada evdən dəyəri 5000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayon polis şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən "isti izlər"lə oğurluq əməlini törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Quba polis də oğrunu tutub. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.
Onun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: