Xəzər Xəbər

"Qobu Park-2" yaşayış kompleksinə köçürülmə başlayır - AÇIQLAMA - VİDEO

Veb TV | 19:42 • 9 Oktyabr 2019
"Qobu Park-2" yaşayış kompleksinə köçürülmə başlayır -

Sabahdan Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinə ailələrin köçürülməsi prosesinə strart veriləcək.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

O, ilkin mərhələdə üstünlüyün kimlərə veriləcəyini də açıqlayıb.

Komitə sədrinin müavini bildirib ki, "Qobu Park-2" iş adamları tərəfindən tikilərək istifadəyə verilən ikinci yaşayış kompleksidir və burda məcburi köçkünlər üçün hər cür şərait yaradılıb.

Fuad Hüseynov bu il ərzində ümumilikdə nə qədər məcburi köçkün ailəsinin hansı ərazilərdə salınan yeni qəsəbələrdə yerləşdiriləcəyini də açıqlayıb.

Qeyd edək ki, dünən dövlət başçısı və birinci xanım Mehriban Əliyeva "Qobu Park-2" yaşayış kompleksinin açılışını ediblər. Həmin yaşayış kompleksinin yanında isə "Qobu Park-3" yaşayış kompleksinin inşası işləri sürətlə davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti