Xəzər Xəbər

İsmayilovlar ailəsində Beynəlxalq Müəllimlər Günü xüsusi şəkildə qeyd edilir - VİDEO

Veb TV | 20:10 • 5 Oktyabr 2019
İsmayilovlar ailəsində Beynəlxalq Müəllimlər Günü xüsusi şəkildə qeyd edilir -

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gün müəllimlər öz peşə payramlarını qeyd edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan İsmayilovlar ailəsində də müəllimlər günü bayram ab-havasında keçir. Ailədə iki nəfər müəllimlik peşəsi ilə məşğuldur.

Onların hər ikisi xarici dil fənnini tədris edir. İllərdir çiyin-çiyinə çalışırlar.

Əməkdar müəllim Mayıl İsmayılov və həyat yoldaşı Mələknisə İsmayılova uzun illər eyni təhsil ocağında çalışıb. Hazırda Mayıl İsmayılov Mingəçevir Dövlət Univeristetində, Mələknisə İsmayılova isə liseydə ingilis dili fənnini tədris edir. Mələknisə İsmayılova evdə də həyat yoldaşına müəllim deyə müraciət edir. Ailə öz aralarında ingiliscə danışmağı da unutmur.

Mingəçevirdə 45 il əvvəl qurulmuş bu müəllim ailəsinin 2 qız övladı var. Onlar isə həkimliyi seçiblər. İsmayılovlar ailəsində Beynəlxalq Müəllimlər Günü milli bayramlar kimi qeyd edilir.

Onların mənzili kiçik kitabxananı xatırladır. Cütlük peşə bayramında ilk təbriki nəvələrindən alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti