Xəzər Xəbər

Ağstafada iki nəfəri “tok” vurdu — Biri öldü, digəri yaralandı VİDEO

Veb TV | 18:47 • 14 Sentyabr 2019
Ağstafada iki nəfəri “tok” vurdu — Biri öldü, digəri yaralandı

Dəmir yolunda çalışan işçini elektrik cərəyanı vurub...

Bədbəxt hadisə Ağstafanın Tatlı kəndi yaxınlığındakı dəmiryol xəttində baş verib. Xəttin hər iki istiqamətində kontakt şəbəkədə əsaslı təmir aparan iki işçi - Daşqın Mustafayev və Zaur Həsənov yüksək gərginliyin açılmasını gözləmədən dayağa çıxaraq işə başlayıb. Bu zaman isə onlar yüksək gərginlik altına düşüblər. Daşqın Mustafayev elə hadisə yerində dünyasını dəyişib, Zaur Həsənov isə yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yevlaxda isə 6 yaşlı uşaq yıxılaraq dünyasını dəyişib. Bədbəxt hadisə rayonun Xaldan qəsəbəsində baş verib. Qəsəbə sakini Dəniz İsmayılov oynayarkən yıxılıb və ağır bədən xəsarətləri alıb. Valideynləri uşağı Mingəçevir xəstəxanasına aparsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti