Xəzər Xəbər

Əlillərin iş standartları təsdiqləndi - VİDEO

Veb TV | 20:22 • 7 Sentyabr 2019
Əlillərin iş standartları təsdiqləndi -

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, hökumətin müəyyən etdiyi qaydalarda əlillərin rahat şəkildə çalışmaları üçün standartlar öz əksini tapıb.

Mövzunu şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki,əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq onların normal şərait ilə təmin edilməsi baxımından qaydalar olduqca əhəmiyyətlidir.

Qaydalara əsasən əlilliyi olan şəxslərin nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən , kəskin vaxt çatışmazlığı ilə bağlı olan, narahat halda və iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə cəlb edilməsi yolverilməzdir.

Bundan əlavə, əlilliyi olan şəxslərin partlayış xarakterli, sualtı, yeraltı, qaynar sexlərdə,- nəqliyyat vasitələrinin idarə edilməsində, yüksək səs-küylü istehsalat, zərərli maddələrin istehsalı ilə bağlı olan işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir.

Sahib Məmmədov vurğulayıb ki, sözügedən qaydaların icra edilməsi üçün bütün infrastruktur uyğunlaşdırılmalıdır. Müxtəlif sahələrdə bu istiqamətdə həyata keçirilən işlər genişləndirilməlidir.

Onun sözlərinə görə, yeni qaydaların hansı effekt verəcəyini zaman göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti