Xəzər Xəbər

Əsəd Türkiyə qarşısında GERİ ÇƏKİLDİ: Ərdoğan-Putin zirvəsindən 3 gün sonra... - VİDEO

Veb TV | 10:39 • 31 Avqust 2019
Əsəd Türkiyə qarşısında GERİ ÇƏKİLDİ:

Suriya qoşunları avqustun 31-dən birtərəfli qaydada İdlib gərginliyin azaltma bölgəsində atəşi dayandıracaq.

Bu haqda Suriyada Düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzindən bildirilib.

Dəməşqin bu qərarı Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun 27-də keçirdiyi görüşündən 3 gün sonraya təsadüf etməsi diqqət çəkir.

Son həftələrdə Rusiyanın dəstəyi ilə Əsəd rejimi İdlibin cənubunda hücumlara başlamışdı. Əsəd güclərinin irəliləyişi sonrası Türkiyənin Suriyadakı bəzi bazaları rejim qüvvələri tərəfindən mühasirəyə alınmışdı.

publika.az

Xəbər lenti