Xəzər Xəbər

Anti-milli ünsürlər özlərini ifşa edir VİDEO

Veb TV | 18:36 • 21 Avqust 2019
Anti-milli ünsürlər özlərini ifşa edir

Saxta yollarla siyasi mühacir adı qazanıb avropaya qaçan insanların əsas məqsədi Azərbaycana zərbə vurmaqdır. Onları xaricdəki Azərbaycan dairələri ilə işbirliyi isə artıq heç kimdə şübhə doğurmur. Avropada sığınacaq almış bu dirnağarası siyasi mühacirlər görəsən hansı pullarla internet televiziyası açıb işlədirlər. Axı qaçqın maaşı onların dolanışığını belə çətinliklə ödəməlidir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini bu məsələni gündəmə gətirməsindən görünür həmin xaricdəki antimilli ünsürlər möhkəm narahat olub. İndi də yenə internet üzərindən hücumlarını artırıblar. Əslində sadə yolla özlərini ifşa edirlər. Yəni soğan yeyənlərin içi əməlli başlı göynəyir. Siyasi şərhçi Azər Həsrət deyir ki, həmin qüvvələrin anti Azərbaycan mövqeyi atdıqları hər addımda aydın görsənir.

Nəzərə almaq lazımdır ki, internet televiziyasını yaratmaq və onundavamlı fəaliyyətini təmin etmək kifayət qədər vəsait tələb edir. Saxta yollarla avropaya sığınmış bu insanların bu vəsaiti qarşılamaq imkanı ola bilməz. Görünür onlara bu maliyyəni ayrınlar var. Pulu verən onlar olduğu üçün də həmin anti milli ünsürlər də həmin dairələrin çaldığı havanı oynuyurlar. Özü də böyük canfəşanlıqla.

Təbii ki onların bir məqsədi var Azərbaycana zərbə vurmaq onu zəiflətmək. Bu məqamda antimlilli ünsürlərin ermənipərəst dairələrlə sinxronlaşmış fəaliyyəti də nəzərdən qaçmır.

Maraqlı bir sual ortaya çıxır: Görəsən xarici miqrantlara və qaçqınlara dəmir pərdələr çəkən ölkələrdə bizim dırnağarası siyasi mühacirlər niyə belə asanlıqla qucaq açır?Onlar nəyinki burada məskunlaşır və hətta televiziya açıb işlədir. Səbəbinihəmin şəxlsərin fəaliyyətinə, onların Azərbaycanla bağlı fikirlərinə nəzər saldıqda bu sualın cavabı aydın görünür.

Xəbər lenti