Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıda iki yeni ictimai çimərlik istifadəyə verilib - VİDEO

Veb TV | 756 | 19:57 • 14 Avqust 2019
Bakıda iki yeni ictimai çimərlik istifadəyə verilib -

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.


Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılır.


Səbail rayonunda, "Şıx” çimərlik ərazısındə yaradılan çimərlikdən sonra artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.


Vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.


Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.


Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Laçın rayonunun Əhmədli kəndi
Laçın rayonunun Əhmədli kəndi VİDEO
20 | 16:56 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir
Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO
50 | 11:50 • 13 İyun 2021
Cəbrayıl rayonundan yeni görüntülər
Cəbrayıl rayonundan yeni görüntülər VİDEO
42 | 11:08 • 13 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı
Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO
85 | 21:17 • 12 İyun 2021
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz VİDEO
74 | 20:42 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"
Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO
56 | 20:11 • 12 İyun 2021

Xəbər lenti

Kür çayında iki nəfər batıb
14 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar