Xəzər Xəbər

Yol polisi avtomobil sahiblərinə müraciət edib - VİDEO

Veb TV | 19:22 • 17 İyul 2019
Yol polisi avtomobil sahiblərinə müraciət edib -

Bəzən sürücülər avtomobilini avtoyuma məntqəsinə verdikdən sonra bir neçə saatlıq şəxsi işləri ilə əlaqədar həmin yerdən kənarlaşırlar. Avtoyumada işləyən gənclər isə maşını yuduqdan sonra onu sürərək əylənmək istəyirlər. Belə olduqda da ağır qəzalar və yaxud da piyada vurulması kimi hallar qeydə alınır.

Xezerxeber.az-ın məlumatına görə, belə halların baş verməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqətli olmağı tövsiyə edir.

İdarənin əməkdaşı Mübariz Ağayev deyir ki, məqsəd həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini təmin etməkdir.

Bir neçə ildir ki, avtoyuma məntəqəsi işlədən Elnur Əvəzzadə isə deyir ki, bu işdə sürücülərin üzərinə böyük məsuliyyət düşür. O, hətta obyektin girişinə sürücülərdən avtomobil yuyulub qutardıqdan sonra özləri idarə etməsi ilə bağlı məlumat da yazıb vurub.

Odur ki, avtomobili təmir və ya avtoyuma məntəqəsinə verərkən təsadüfi deyil, tanıdığınız, məsuliyyətli insanlara etibar edin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar