Xəzər Xəbər

Milli Məclisdə beynəlxalq qurum vacib toplantı keçirdi VİDEO

Veb TV | 19:33 • 20 İyun 2019
Milli Məclisdə beynəlxalq qurum vacib toplantı keçirdi

7 il sonra yenidən Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının iclasında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov ötən illər ərzində ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb və bu layihələrin bölgənin həm iqtisadi, həm də enerji təhlükəsizliyinə böyük töhfə verdiyini bildirib. Assambleyanın 53-cü iclasında Azərbaycanın məruz qaldığı işğal faktından da danışılıb və ümumilikdə bütün münaqişələrin bölgəmizə mənfi təsir etdiyi vurğulanıb.

İclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ünvanladığı müraciət də oxunub. Müraciətdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın möhkəmləndirilməsi istiqamətində səyləri artırmağa çağırış edilib.

İclasda yeni baş katib seçilməsi üçün də səsvermə keçirilib və Asəf Hacıyev növbəti 5 il üçün də bu postda qalacağına qərar verilib. Assambleyanın sədrliyi isə Bolqarıstana keçib.

Xəbər lenti