Xəzər Xəbər

Əkinə ziyan verən həşaratlar başqa canlılarla məhv edilir VİDEO

Veb TV | 19:24 • 20 İyun 2019
Əkinə ziyan verən həşaratlar başqa canlılarla məhv edilir

Əkinə ziyan verən həşaratlar başqa canlılarla məhv edilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji Laboratoriyasının dəstəyi iləKürdəmir rayonu ərazisində 38 hektar sahədə pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə bioloji mübarizə həyata keçirilib.

Trixoqrammaöz yumurtasını müxtəlif kəpənəklərinyumurtasının daxilinə qoyur. Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir.

Bioloji labaratoriyanın müdiri Mehrəli Mehrəliyevin sözlərinə görə, normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üc dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur.Pambıq sahələrində aparılan bioloji mübarizə fermerlərin də böyük marağına səbəb olub.

Bioloji mübarizə üsulu gələcəkdə kələmdə, pomidorda və digər sahələrdə tətbiq olunacaq.

Xəbər lenti