Xəzər Xəbər

Azərbaycanda konteyner və prefabrik evlərə maraq artıb VİDEO

Veb TV | 19:29 • 1 İyun 2019
Azərbaycanda konteyner və prefabrik evlərə maraq artıb

Azərbaycanda konteyner və prefabrik evlərə maraq artıb.Belə evlər həm ucuz, həm də tez başa gəlir . Bu evlərin, daş evlərdən bir çox mənfi və müsbət fərqləri var.

Təkcə yerə beton tökülür, sonra konteyner ev hazır şəkildə gətirilərək həyətə qoyulur. Dünyanın bir çox ölkəsində geniş yayılan konteyner və prefabrik evlər ölkəmizdə də çoxalır.

Belə evlərin daş evlərdən üstün cəhəti qısa zamanda və ucuz qiymətə başa gəlməsidir. Konteyner emalatxanada yığılaraq hazır şəkildə gətirilsə də, prefabrik evin konstruksiyası hazırlanır və yerində qurulur. Hazırda ölkəmizdə də bu işlə məşğul olan bir çox şirkət var.

Bu zaman sifarişçidən yalnız evin qoyulacağı yerin betonunu tökdürmək tələb olunur. Prefabirk evin tikintisi zamanı bahalı materiallardan istifadə edildiyindən 80 kvadratmetrdən az sifarişlər səmərəli olmadığı üçün adətən qəbul olunmur. Amma konteyner evlər hətta 14 kvadratmetrlik sifariş ilə də hazırlana bilir.

Amma konteyner evin daş evlərə nisbətdə mənfi cəhəti odur ki, evin daxilində qızma və soyuma sürətli olduğundan kondisioner və isitmə sistemi ilə təchizat mütləqdir. Prefabrik evlərdə fibersement lövhələrdən istifadə edildiyindən o, temperatura daha davamlıdır. Həm prefabrik, həm də konteyner evlərin daşınması da mümkündür.

Xəbər lenti

Çox oxunanlar