Xəzər Xəbər

Xarıbülbülə Tovuzda da rast gəlindi VİDEO

Veb TV | 19:45 • 1 İyun 2019
Xarıbülbülə Tovuzda da rast gəlindi

Xarıbülbülə Tovuzda da rast gəlindi.

Əsasən Şuşanın və Cəbrayılın dağlarında bitən Xarıbülbül gülünü yalnız dərsliklərdə görmək mümkün olurdu. Lakin bu gül Tovuzun Baqqallı kəndində də yayılıb.

Kəndin ərazisindəki Xarıbülbülü şagirdlərdən biri aşkar edib. Müəllimi Xarıbülbülün tarixi barədə danışarkən şagird yaşadıqları kəndin ərazisində də həmin gülün bitdiyini deyib. Lakin müəllim inanmayıb.

Gedib bitdiyi yerə baxdıqda isə onun həqiqətən də Xarıbülbül olduğu təsdiqlənib.

Xarıbülbül "Nəsli kəsilmək təhlükəsində olan bitkilər" siyahısındadır.

Xəbər lenti