Xəzər Xəbər

Şabranda evdən oğurluq edilib, Şəmkirdə isə maşın qaçırılıb - saxlanılanlar var - VİDEO

Veb TV | 19:36 • 25 May 2019
Şabranda evdən oğurluq edilib, Şəmkirdə isə maşın qaçırılıb -

Şabranda həmyerlisinin evindən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, may ayının əvvəlində Şabrandakı fərdi yaşayış evlərinin birindən 2350 manat pul oğurlanıb. Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əhmədxan Qurbanov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, cinayəti tək törətməyib.

Əhmədxan Qurbanov ilkin dindirilmə zamanı törətdiyi əməlini etiraf edib və evə gecə saatlarında pəncərədən daxil olduqlarını bildirib.

Bakıya gəldikdən sonra isə oğurladıqları pulları xərcləyiblər.

Şəmkirdə isə həmyerlisinin maşınını qaçıraraq içərisindən pul və ehtiyat hissələri oğurlayan şəxs saxlanılıb. Rayon sakini Rəhman Babayev minik avtomobilini yaşadığı evin qarşısında saxlayıb. Səhər isə görüb ki, maşın yerində yoxdur.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Şəmkir polisi avtomobili Təzəkənd kəndinin ərazisindən taparaq sahibinə qaytarıb. Avtomobili qaçıran şəxsin Qaracəmirli kənd sakini Asiman Alıyev olması müəyən edilib və o tutularaq istintaqa cəlb edilib. Avtomobildən oğurladığı əşyalar isə kəndin ərazisindəki yolun kənarında aşkar edilərək götürülüb. Asiman Alıyev cinayəti törədən zaman sərxoş olduğunu, bu səbəbdən də hadisəni yaxşı xatırlamadığını deyib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar