Xəzər Xəbər

Balıq tutmağa getdilər - Kanaldan meyit tapdılar VİDEO

Veb TV | 18:57 • 24 May 2019
Balıq tutmağa getdilər - Kanaldan meyit tapdılar

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə mayın 24-də rayonun Cavad-Zəngənə kəndi yaxınlığın yerləşən kanalda baş verib. Həmin kanalda balıq tutmağa gedən Anar Cəfərov və Fərahim Mikayılov axşam saat 20 radələrində kanalda qamışlıqdan meyit tapıblar. Onun həmin kanalda balıq tutmağa gedən Elmi Əliyev olduğu müəyyən edilib.

İlkin ehtimala görə, E.Əliyev balıq tutarkən yıxılaraq kanala düşüb və boğularaq ölüb. Meyit üzərində xəsarət izləri akşar edilməyib, araşdırma aparılır.

Xəbər lenti