Xəzər Xəbər

Bazarda qiymətlər necədir? VİDEO

Veb TV | 19:40 • 18 May 2019
Bazarda qiymətlər necədir?

Artıq bir neçə gündür ki, bazarlarda meyvə tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə edilir. Bölgələrdən də bazarlara məhsulların gətirilməsi qiymətlərə təsir edib. Satıcılar yaxın günlərdə qiymətlərin daha da ucuzlaşacağını deyirlər.

Son bir neçə gündür ki,bazarlara bölgələrədn də məhsulların gətirilməsi qiymətlərin enməsinə təsir edib.Çiyələk ,gilas və alçanın qiyməti ucuzlaşıb.Yaxın günlərdə isə bazarlara yerli istehsal olan ərik və şaftalı çıxarılacaq.

Satıcılar deyir ki,pomidor və xiyar sezonla əlaqədar olaraq rayonlardan daha çox gətirilir.Məhz buna görə də qiymətlər günü gündən aşağı enəcək. Elə alıcılar da qiymətlərin nisbətən ucuşlaşdığını deyir.

Satıcılar yaxın günlərdə mövsümlə əlaqədar bazarlara yeni məhsulların gətiriləcəyini deyir.Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşməyəcək.

Xəbər lenti