Xəzər Xəbər

Bakıda ŞOK OLAY: sifarişlə qadını öldürdülər, yandırdılar sonra... - VİDEO

Veb TV | 19:06 • 22 Aprel 2019
Bakıda ŞOK OLAY:

Qarət məqsədi ilə yaşlı qadını xüsusi amansızlıqla öldürüb, daha sonra iz itirmək məqsədi ilə evi yandıran şəxslər ifşa edilib.

Ağır cinayət aprelin 17-də səhər saatlarında paytaxtın Nizami rayonunda baş verib. Azər Manafov küçəsində yanğın hadisəsi baş verməsi barədə ərazi üzrə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 73 yaşlı Validə İbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit məhkəmə tibbi ekspertizasına göndərilib və müəyyən edilib ki, həmin şəxs boğularaq qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıb. Onlar ifadələrində hadisə günü ''Leyla'' kimi tanıdıqları şəxsin sifarişi ilə Validə İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını və onu qətlə yetirəndən sonra iz itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən cinayətin sifarişçisi Ziya Dadaşov və Amil Piriyevin''Leyla'' kimi tanıdıqları paytaxt sakini, əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. Həmidə Nəsibova ifadəsində Ziya Dadaşov və Amil Piriyevlə tanışı Validə İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti