Xəzər Xəbər

Fermadan 170 minlik toyuq oğurlanıb, mağaza qarət edilib - saxlanılanlar var - VİDEO

Veb TV | 19:54 • 17 Aprel 2019
Fermadan 170 minlik toyuq oğurlanıb, mağaza qarət edilib -

Bakıda fermadan 170 minlik toyuq oğurlayan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsindəki quşçuluq müəssisələrindən birindən olub.

Zərərçəkən şəxs 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən 170 min manat dəyərində toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb.

Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin müəssisənin gözətçisi, paytaxt sakini Elşad Ağayev saxlanılıb. O, ifadəsində gecə növbəsində olan zaman dəfələrlə müəssisənin anbarından toyuq və toyuq məhsulları oğurladığını bildirib. Araşdırma zamanı Elşad Ağayevin oğurladığı məhsulları paytaxt ərazisində yerləşən bir neçə mağazaya ucuz qiymətə satdığı məlum olub.

Qeyd edək ki, oğurluq toyuq məhsullarının satıldığı 3 mağazanın sahibinin şəxsiyyəti polislər tərəfindən müəyyən edilib və onların da müvafiq olaraq izahatları alınıb.

Xətai rayonu ərazisində isə mağaza qarət edilib. Zərərçəkən obyekt sahibi 37-ci polis şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları oğurlanıb. Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar.

Saxlanılan şəxslərin rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən, 2 saxlanc yerindən və 1avtomobildən oğurluq etdikləri məlum olub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar