Xəzər Xəbər

Azərbaycan millisi evə məğlub qayıdır VİDEO

Veb TV | 10:08 • 22 Mart 2019
Azərbaycan millisi evə məğlub qayıdır

AÇ-2020-nin seçmə mərhələsinin ilk turundaAzərbaycan yığma komandasısəfərdə Xorvatiya millisi ilə qarşılaşıb.

XəzərXəbər xəbər verir ki, oyunda hesabı millimiz açıb. Ramil Şeydayev 19-cu dəqiqədə "damalılar"ı mərkəzə dəvət edib. Lakin ilk hissənin sonlarında meydan sahibləri hesabda tarazlıq yarada biliblər - 1:1. İkinci hissənin sonlarına doğru xorvatlar 2-ci qolu vurub və oyundan qələbə ilə ayrılıb - 2:1.

Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Xorvartiya - Azərbaycan - 2:1

Qollar:Borna Barişiç, 44, Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19

Xəbər lenti