Xəzər Xəbər

Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb - VİDEO

Veb TV | 19:59 • 22 Fevral 2019
Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb -

Bakıda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayon polis idarəsi və 27-ci polis bölməsinin əməkdaşları rayon sakini Çingiz Hacıyevi saxlayıb. Onun mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan daha 5 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Astara polisi də 6 kiloqrama yaxın narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb. Rayonun Sərək kənd sakini Fəhrad Əliyev qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litrlik balondan ümumi çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti