Xəzər Xəbər

Bakıda ZƏNCİRVARİ QƏZA – 4 maşın bir-birinə çırpıldı - VİDEO

Veb TV | 13:30 • 19 Fevral 2019
Bakıda ZƏNCİRVARİ QƏZA

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən "Toyota Land Cruiser", "Hyundai Elantra" və iki ədəd "Mercedes E-class" markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan "Mercedes"lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır. (trend)

Xəbər lenti