Xəzər Xəbər

Masallı rayonunda ev yanıb - VİDEO

Veb TV | 12:09 • 10 Fevral 2019
Masallı rayonunda ev yanıb -

Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 424 kvadratmetr olan ikimərtəbəli on otaqlı evin ikinci mərtəbəsində altı otaq və dam örtüyü 212 kvadratmetr sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az yanğının görüntüsünü təqdim edir:



Xəbər lenti