Xəzər Xəbər

İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edildi VİDEO

Veb TV | 18:04 • 20 Yanvar 2019
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edildi

Türkiyə də faciə qurbanları anılıb. İstanbulda ''Qanlı Yanvar'' adlı fotosərgi açılıb. Qanlı yanvar hadisələri haqqında danışan İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildirdilər.

Türkiyədə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

Fotosərgi azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub. "Qanlı Yanvar" adlı fotosərgi "YeniQapı" metro qovşağının ən hərəkətli keçidində təşkil edilib...

Sərgidə nümayiş olunan fotoşəkillərə metrodan istifadə edən sərnişinlər ürək ağrısıyla baxıblar.

"Qanlı Yanvar" fotosərgisi 2 gün davam edəcək.

Xəbər lenti