Xəzər Xəbər

Ağcabədidə faciə: 1 nəfər öldü, 2-si yaralandı VİDEO

Veb TV | 19:09 • 17 Dekabr 2018
Ağcabədidə faciə: 1 nəfər öldü, 2-si yaralandı

Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Boyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106" markalı avtomobildə olan,rayonun Qaraxanlı kənd sakini, 24 yaşlı Fərzəliyev Namiq Şöhrət oğlu ölüb.

Hadisə nəticəsində daha iki nəfər, o cümlədən "VAZ-2106" markalı avtomobilin sürücüsü Tahir Əliyev xəsarət alıb.Yaralılar ətrafdakı insanların köməkliyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti