Xəzər Xəbər

DİQQƏTLİ OLUN: İlk baxışdan saxta olduğu bilinmir - VİDEO

Veb TV | 20:15 • 15 Dekabr 2018
DİQQƏTLİ OLUN:

11 gün əvvəl avtomobilin üzərinə taxılmış əyləc yastığı yeyilmək əvəzinə qırılıb. Son günlər sosial şəbəklərdə paylaşılan bu şəkil keyfiyyətsiz əyləc yastığıməsələsini gündəmə gətirib. Beləki ustalar bildirir ki, hazırda bazarda çoxlu sayda keyfiyyətsiz belə məhsullarsatılır.Vəbunları müəyyənləşdirmək çox çətindir. Bir üsul var ki, onunla da yanılma şansı çoxdur.

Keyfiyyətsiz əyləc yastığı tormozlanma məsafəsini uzadır ki, bu da ağır qəzalara səbəb ola bilər. Bundan başqa belə hissələr başqa detalları da tez sıradan çıxarır ki, bu zaman sürücünün xərci bir neçə dəfə artır.

Satıcılar isə orginal ehtiyyat hissələri baha olduğundan sürücülərin əsasən belə məhsulları aldığını bildirirlər. Amma brend malı alarkən də seçim etmək lazımdır.

Bəzi hallarda bazarda sex şəraitində düzəlmiş saxta mallar gətirilir ki, onların keyfiyyəti çox zəif olur.

Bundan başqa avtomobil üçün istənilən növ ehtiyyat hissəsini alarkən keyfiyyətindən əmin almaq lazımdır.

Xəbər lenti