Xəzər Xəbər

Ordu rəhbərlərinin üçtərəfli görüşü keçirildi VİDEO

Veb TV | 18:30 • 21 Noyabr 2018
Ordu rəhbərlərinin üçtərəfli görüşü keçirildi

Bu gün Bakıda Azərbaycanın müdafiə naziri , Gürcüstan və Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisləri arasında görüş keçirilib. Üç tərəfli görüşdə regionun təhlükəsizlik məsələləri və təhdidlər müzakirə edilib, ordular arasında əməkdaşlığın artırılması üçün danışıqlar aparılıb.

''Hazırda 3 dövlət arasında olan əməkdaşlıq strateji səviyyədədir''. Bunu Azərbaycanın müdafiə naziri general -polkovnik Zakir Həsənov Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə keçirilən görüşdən sonra bildirib. Onun sözlərinə görə görüşün məqsədi üç dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrinin təhlükəsizliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir.

Görüşdən sonra çıxış edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər hərbi əlaqələrimizi daha da artırmaq üçün çalışdıqlarını və hər üç ölkənin yaxın coğrafiyada baş verən təhdidlərlər bağlı fikirlərinin, biri-birinə yaxın olduğunu bildirib.

Gürcüstan Silahlı Qüvvələri0nin Baş Qərargah rəisi Vladimer Çaçibai isə Azərbaycan və Türkiyənin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsini xüsusi ilə vurğulayıb.

Üç tərəfli görüşün sonunda tərəflər arasında protokol imzalanıb və növbəti görüşün gələn il Türkiyədə keçiriləcəyi bildirilib.

Xəbər lenti