Xəzər Xəbər

İdxal kartof üçün tarif dərəcəsinin qaldırılması yerli bazara nə verdi? VİDEO

Veb TV | 19:35 • 8 Noyabr 2018
İdxal kartof üçün tarif dərəcəsinin qaldırılması yerli bazara nə verdi?

Üç ay əvvəl Nazirlər Kabinetiaqrar sahədə məhsuldarlığın ötən illə müqayisədə artması ilə əlaqədar olaraq yerli kartofun satış probleminin həlli üçün idxal edilən məhsulların gömrük rüsumunu qaldırdı. Rüsumun qaldırılması isə yerli istehsalçıların məhsullarının qiymətinin normal qalmasını və bazarda bərabər paylanmasını təmin etdi. Ekspertlər deyirlər ki, gələcəkdə bu təcrübə digər kənd təsərrüfatı məhsullarına da tətbiq edilə bilər.

Sentyabr ayında ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsinin artırılması yerli bazara öz müsbət təsirini göstərdi.

Ekspertlərin fikrincə, rüsumun 15%-dən 30%-ə qaldırılması əsas istehsalçı rayonlar olan Gədəbəy, Şəmkir və Tovuzda istehsal olunan kartofun qiymətində nisbətən yüksəlməyə səbəb olmaqla yanaşı, fərdi istehsalçıların mənfəət itkisini də minimallaşdırdı.

"Ərzaq məhsullarının tədarükü və təchizatı" açıq səhmdar cəmiyyətinin sözçüsü, aqrar sahə üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, Azərbaycana hər il İrandan 50 min tondan, Rusiyadan isə 43 min tondan çox kartof gətirilir. Atılan addımla yerli bazar qorundu, istehsalçı əlindəki məhsulu bazara təklif etməklə ziyana düşməkdən sığortalandı. Toxumluq məhsulun idxal rüsumunun artırılmaması isə istehsalçılara məhsulları vaxtında əkməyə imkan verdi.

Ekspertin sözlərinə görə, rüsumun artırılması təcrübəsi gələcəkdə digər kənd təsərrüfatı sektorlarına da tətbiq edilə bilər.

Xəbər lenti