Xəzər Xəbər

XIII Nar festivalında İZDİHAM VİDEO

Veb TV | 20:55 • 3 Noyabr 2018
XIII Nar festivalında İZDİHAM

Göyçay rayonunda on üçüncü nar festivalı təşkil edilib. Tədbirdə iştirak edən yerli və xarici qonaqlar əl əməyi ilə hazırlanan nar məhsullarının dadına baxıblar. Tədbir çərçivəsində sabah da nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq.

Müxtəlif nar növləri və bu meyvədən hazırlanmış məhsulların sərgilənməsimaraq cəlb edib.

Görüntülər Göyçayda keçirilən nar festivalındandır..festival Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da iştirak edib.

Festivalda nar məhsullarının sərgi-yarmarkası nümayiş olunub. Rayon Mədəniyyət Evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər.

Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Qonaqlar əl əməyi iləhazırlanan məhsulların dadına baxıblar.Buradaən böyük nar nümayiş etdirilib. Həmin narın çəkisi isə 1 kiloqram 3 yüz qram olub.

Noyabrın 4-də isənar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Xəbər lenti