Xəzər Xəbər

Useyn Bolt futbol karyerasına FIRTINA KİMİ BAŞLADI - VİDEO

Veb TV | 16:31 • 14 Oktyabr 2018
Useyn Bolt futbol karyerasına

Qaçış üzrə 8 qat Olimpiya və 11 qat dünya çempionu Useyn Bolt futbolçu kayerasına qolla başlayıb.

Bolt Avstraliyanın "Sentral Kost Mariners" klubundakı debüt oyununda fərqlənib. O, "Makartur Saut Vest Yunayted"lə yoldaşlıq oyununun 57-ci dəqiqəsində adını tabloya yazdırıb. 11 dəqiqədən sonra yamaykalı sabiq atlet dublunu rəsmiləşdirib. Komandası isə 4:0 hesabı ilə qələbə qazanıb.

Bolt Avstraliya klubuyla bu ilin iyulunda müqavilə bağlayıb. O, 100 metr (9,58 san) və 200 metr (19,19) məsafələrə qaçış üzrə dünya rekordunun müəllifidir./publika.az

Xəbər lenti

Çox oxunanlar