Xəzər Xəbər

Velosipedçi möcüzə nəticəsində sağ qaldı VİDEO

Veb TV | 16:15 • 24 Sentyabr 2018
Velosipedçi möcüzə nəticəsində sağ qaldı

Avtomobilin vurduğu velosipedçi ölümdən möcüzə sayəsində xilas olub.

Teleqraf.com xəbər verir ki, hadisə Braziliyada baş verib. Kadrlardan göründüyü kimi, avtomobilin sürücüsü idarəetməni itirir, yol kənarına çıxır və velosipedçini velosiped qarışıq "kapot”un üstünə atır.

Bundan sonra böyük bir ağacı da qıraraq binanın divarına çırpılır. Hadisədən az sonra velosipedçinin ayağa qalxdığı görünür.

Məlum olub ki, avtomobil sürücü qızın valideynlərinə məxsus olub. Ona qarşı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmək, sağlamlığa zərər vurmaq ittihamları irəli sürülüb.

Xəbər lenti