Xəzər Xəbər

Veteran türk hərbçiləri Bakıda VİDEO

Veb TV | 20:07 • 12 Sentyabr 2018
Veteran türk hərbçiləri Bakıda

Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə veteran türk hərbçilər də iştirak edəcək. Artıq 16 nəfərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

100 il əvvəl Osmanlı dövlətinin hərbi qüvvələrinin köməkliyi ilə Bakının bolşevik-daşnaklardan azad edilməsi elə türk hərbiçilərlə bir yerdə qeyd ediləcək. Artıq Türkiyənin yüksək rütbəli 16 hərbiçisi bu münasibətlə Bakıya gəlib.

Türk hərbiçilərinin Bakıda 100 illik münasibəti ilə keçirilən bir sıra tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

Qeyd edək ki, veteran hərbiçilər təxris olunmuş hərbiçilərin gəncləri marifləndirmə ictimai birliyinin dəvəti ilə ölkəmizə gəlib.

Xəbər lenti