Xəzər Xəbər

Bakıda qadına qarşı quldurluq: döyüb pulqabını oğurladı - VİDEO

Veb TV | 19:03 • 20 Avqust 2018
Bakıda qadına qarşı quldurluq:

Bakıda qadına qarşı quldurluq edən şəxs tutulub. Gənc bir oğlan qadını yaşadığı binanın blokunda əvvəcə döyüb, daha sonra isə pulqabını götürərək hadisə yerindən qaçıb.

Əvvəlcə qadını izləyib, daha sonra ona qarşı quldurluq edib.

Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bu barədə zərərçəkən rayon polis idarəsinə məlumat verib. Qadın izahatında bildirib ki, yaşadığı binanın qarşısında naməlum şəxsin ona hücum edərək xəsarət yetirib və içərisində 20 manat olan pul kisəsinin götürərək hadisə yerindən qaçıb.

Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Köşbəyi Muradov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Xəbər lenti