Xəzər Xəbər

Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb - VİDEO

Veb TV | 20:36 • 11 Avqust 2018
Həcc ziyarəti üçün zəvvarların ilk qrupu yola salınıb -

Həcc ziyarəti üçün zəvvarların ilk qrupu bu gün yola salınıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin həcc məsələləri üzrə məsul şəxsi Həmdulla Babayev deyib.

Həmdulla Babayev builki zəvvarların sayını və müqəddəs səfər üçün çəkilən xərci də açıqlayıb. Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində davam edən hərc-mərclik və yolların təhlükəli olması həcc ziyarətinə gedənlərin sayına da təsir göstərib.

Zəvvarların ödədiyi pula bütün xidmətlər, eyni zamanda əlavə olaraq tibbi xidmət də daxildir. Yəni zəvvarlar verdikləri vəsaitdən əlavə heç bir əlavə xərc çəkməli olmurlar.

Qeyd edək ki, Yaxın Şərqdə yaranan siyasi təlatümlər nəticəsində həccə gedənlərin sayında ciddi azalmalar baş verib. Belə ki, 2008-2009-cu illərdə 8-10 min nəfər həcc ziyarətinə gedirdisə, indi bu rəqəm heç 1500-ə çatmır. Təyyarə ilə gediş zamanı təqdim olunan otellərin sayı isə məhdud olduğundan bu yolla gedənlər daha çox pul verməli olur, həm də çox sayda insan kütləsini əhatə edə bilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar