Xəzər Xəbər

Biləsuvarda günəbaxan əkininə maraq azalıb - SƏBƏB - VİDEO

Veb TV | 20:21 • 7 İyul 2018
Biləsuvarda günəbaxan əkininə maraq azalıb -

Biləsuvar rayonunda son illər günəbaxan əkininə maraq azalıb.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb fermerlərin ötən il sahələrdən yığdıqları məhsulu qaneedici qiymətə sata bilməmələri olub.

Təsərrüfat sahiblərinin sözlərinə görə, bir neçə il əvvələ kimi bir sıra şirkətlər günəbaxan toxumlarını almaqda maraqlı idilərsə, indi həmin şirkətlər tələbatlarını daha çox xaricdən idxal olunan məhsul hesabına ödəyirlər.

Günəbaxan əkənlər deyirlər ki, onlar bir neçə ildən bir xaricdən daha məhsuldar günəbaxan toxumları alıb əkməklə məhsuldarlığı artırmağa çalışsalar da, toxumlar yerli iqlimə uyğunlaşdıqca cırlaşır. Bu da onun keyfiyyət göstəricisini nisbətən aşağa salır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti