Xəzər Xəbər

Ağsu və Hacıqabulda ağır qəza: ölən və yaralananlar var - VİDEO

Veb TV | 20:10 • 18 İyun 2018
Ağsu və Hacıqabulda ağır qəza:

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda 100 metr dərəyə aşan avtomobilin sürücüsü ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında baş verib. Yük avtomobili yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini 43 yaşlı Rahib İmamverdiyev və sərnişini, 37 yaşlı Niyaməddin Vahidov ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Rahib İmamverdiyev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda baş verən qəzada da ölən və xəsarət alan var. Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb. Avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü - Lerik rayon sakini, 28 yaşlı Emil Şahpələngli hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli Şahpələngli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar