Xəzər Xəbər

Polis narkotik alverçilərini yaxaladı - VİDEO

Veb TV | 19:03 • 26 May 2018
Polis narkotik alverçilərini yaxaladı -

Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan rayonun Ərçivan kənd sakini Dəyanət Əliyev saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, o, saxlanılarkən üzərində gəzdirdiyi lüləsi və qundağı kəsilmiş ov tüfəngi ilə polisə müqavimət göstərməyə çalışıb. Polis əməkdaşları tərəfindən tutulan Dəyanət Əliyevin üzərindən tüfəng, 3 patron və satış məqsədilə üzərində 12 qramdan çox heroin və 0.343 qram metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmədən sonra məlum olub ki, Dəyanət Əliyev əldə etdiyi narkotik vasitələri başqa bir şəxs vasitəsilə satırmış. Polis həmin şəxsi də saxlayıb.

Daha sonra Dəyanət Əliyevin narkotik vasitəni əldə etdiyi Astara şəhər sakini Ramin Məmmədov da tutulub. Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir.

Biləsuvar rayonunda isə narkotik vasitəni İrandan Azərbaycana gətirib satmaq istəyən şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında rayonda həyata keçirdikləri əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov saxlanılıb. Onun əlindəki idman çantasının içərisinə baxış keçirilən zaman 16 kiloqrama yaxın narkotik vasitə olan tiryək və 285,31 qram heroin aşkar olunaraq götürülüb.

Bu faktla bağlı da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar