Xəzər Xəbər

Yasamal qəbiristanlığında barelyefləri oğurlayanlar yaxalandı - VİDEO

Veb TV | 20:37 • 21 May 2018
Yasamal qəbiristanlığında barelyefləri oğurlayanlar yaxalandı -

Yasamalda məzar daşları üzərindəki barelyefləri oğurlayan şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılanların digər cinayətlərdə iştirakları istisna olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti