Xəzər Xəbər

Ağır qəza yenə can aldı - xəsarət alanlar var - VİDEO

Veb TV | 20:35 • 20 May 2018
Ağır qəza yenə can aldı -

Ağcabədi rayonunun Qiyamədinli kəndində avtomobil traktorla toqquşub, nəticədə 1 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, Ağdam rayon sakini Qırımxan Qəhrəmanov idarə etdiyi avtomobillə hərəkətdə olan traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Qırımxan Qəhrəmanov hadisə yerində dünyasını dəyişib, sərnişin Rəşad Cavadov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gəncədə isə maşın yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.

Yanğın şəhərin Nizami rayonunda baş verib. Evin həyətində gecə saatlarında avtomobilin mühərriki, salonu və iki ön təkərləri yanıb. Alov yaxınlıqda dayanmış yük avtomobilinə də ziyan vurub.

Yanğın zamanı alovu söndürmək istəyən 1 nəfər yanıq xəsarəti alıb. Avtomobillərin qalan hissələri və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar