Xəzər Xəbər

Bakıda lift şaxtaya düşüb, ağır xəsarət alanlar var - VİDEO

Veb TV | 20:35 • 14 May 2018
Bakıda lift şaxtaya düşüb, ağır xəsarət alanlar var -

Bakıda tikilməkdə olan binaya lift quraşdıran usta və fəhlələr 6-cı mərtəbədən yıxılaraq xəsarət alıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi Abbaszadə küçəsi 9A ünvanında baş verib. Belə ki, həmin ünvanda tikilməkdə olan yaşayış binasında Bakıda fəaliyyət göstərən lift quraşdırma şirkətlərdən birinin 4 əməkdaşı çalışırmış. Xəsarət alanlardan Seymur Əliyevin atası İbad Əliyev deyir ki, hadisə baş verəndən bir neçə saat sonra yaxınları ona zəng vuraraq hadisənin necə baş verməsi ilə bağlı məlumat verib.

Binada lift quraşdıran Seymur İbadovla yanaşı, 23 yaşlı Vaqif Poladov, 24 yaşlı Təbriz Məmmədov və 26 yaşlı Fərid Məmmədov da təcili tibbi yardım avtomobilləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Vaqif Poladovun vəziyyəti ağırdır. Xəsarət alanlardan Təbriz Məmmədova isə ambulator yardım göstərilərək evə yazılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti