Xəzər Xəbər

Yanacaqdoldurma məntəqəsində qətl törədilib - Ürəyindən bıçaqlandı - VİDEO

Veb TV | 20:32 • 24 Aprel 2018
Yanacaqdoldurma məntəqəsində qətl törədilib -

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray körpüsü yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 31 yaşlı Sücayət Əsgərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, ağır vəziyyətdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılsa da reanimasiya şöbəsində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Sücayət Əsgərovun Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğu bildirilir. Hadisəni törədən şəxs axtarılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti