Xəzər Xəbər

Azərbaycanda yük maşınları yığılacaq - YENİ SƏNƏDLƏR İMZALANDI - VİDEO

Veb TV | 20:41 • 23 Aprel 2018
Azərbaycanda yük maşınları yığılacaq -

Hacıqabul Sənaye Məhəlləsində kiçik tutumlu yük maşınları istehsal ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşü zamanı deyib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi barədə danışıqlar aparılıb, bir sıra razılaşmalar əldə olunub.

Rusiyanın "Qorki Avtomobil Zavodu" ilə "Azərmaş" ASC arasında "QAZ" markalı avtomobillərin Azərbaycanda yığılmasına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin, "Şahdağ Turizm Mərkəzi" QSC ilə Rusiyanın "Şimal Qafqaz Kurortları" ASC arasında əməkdaşlığa dair memorandum da imzalanıb. Bu memorandumun imzalanmasında məqsəd rus turistlərin Azərbaycana axınını daha da artırmaqdır. Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində də işlər aparılır və Rusiya qısa müddətdə aksiz malların rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılmasına razılıq verib.

Samur çayı üzərindəki yeni körpünün tikintisi də davam etidirilir və gələn il başa çatdırılacaq. Bu ilin sonunda isə Rusiya ilə birgə tikilən dərman istehsalı zavodunun qablaşdırma hissəsi istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar