Xəzər Xəbər

Prezident seçkilərinin nəticələrinə yekun vuruldu VİDEO

Veb TV | 20:56 • 15 Aprel 2018
Prezident seçkilərinin nəticələrinə yekun vuruldu

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib. Protokol Mərkəzi seçki komisasiyasının üzvləri tərəfindən imzalanaraq təsdiqlənib

Mərkəzi seçki komisiyyasının sədri Məzahir Pənahov seçki prosesinin beynəxlaq normalara uyğun keçirildiyini və istər yerli istərsə də beynəlxalq müşahidəçilər üçün hər bir şəraitin yaradıldığını bildirib.

Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib.

MSK sədrinin müavini Natiq Məmmədov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının iradlarına da münasibət bildirib.O bu iradların əsassız olduğunu hesabatın kimlərinsə fikrinə əsasən hazırlandığını bildirib.Niyə müsahidə missiyasi nöqsanlar olan məntəqələrin adlarini gizlədir deyən Natiq Məmmədovun sözlərinə görə seçki məntəqələrində veb-kameralarin sayi artirılmalıdır ki, onlarin da bura gəlməsinə ehtiyac qalmasin...

MSK sədri isə beynəlxalq təskilatlarla əməkdasligin konstruktiv olmasının vacibliyini vurgulayib.Və bəzi məntəqələrdə nəticələrin ləğv edildiyini açıqlayıb.

Mərkəzi seçki komısıyasının yekun qərarına əsasən prezident seçkiləri ilə əlaqədar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlanmayıb..Sonda MSK, səsvermənin ümumi yekunlarına dair protokolların təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.


Xəbər lenti

Çox oxunanlar