Xəzər Xəbər

Yevlaxda sərxoş kişi həmyerlisini qətlə yetirdi VİDEO

Veb TV | 20:47 • 21 Mart 2018
Yevlaxda sərxoş kişi həmyerlisini qətlə yetirdi

Çayxanada başlayan dava xəstəxanada sona çatıb. Hadisə Yevlax rayonunda baş verib. Dava nəticəsində 1 nəfər ölüb.

Yevlaxda 60 yaşlı kişi özündən 15 yaş kiçik həmkəndlisini qətlə yetirib. Hadisə rayonun Xaldan qəsəbəsində baş verib.

İki nəfər çayxanada aralarında yaranan mübahisəni bıçaqla həl edib. Xəyal Yusifov kəsilmiş-deşilmiş xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yevlax Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan Mahir Paşayev əməlini etiraf edərək, həmkəndlisini söyüş üstündə bıçaqla vurduğunu bildirib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq bəndi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti