Xəzər Xəbər

“Üstümdə idi, yoxladılar, çıxdı” Evində narkotik gizlədən şəxs -VİDEO

Veb TV | 20:48 • 12 Fevral 2018
“Üstümdə idi, yoxladılar, çıxdı”

Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Salyan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı da rayon sakinindən tiryək aşkarlanıb.

Polis şübhəli şəxsi saxladı, üzərindən narkotik çıxdı.

Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalıq Fəttayev Ərçivan qəsəbəsində saxlıb. Üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun evindən də narkotik aşkarlanıb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

Salyan rayon polis şövbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı da rayon sakini, 38 yaşlı natiq əliyevin üzərindən narkotik maddə olan tiryək aşkarlanıb. daha sonra polis natiq əliyevin yaşadığı evədə axtarış aparakən oradan 1ədəd salafan bükümdə, ümumi çəkisi 30,556 qram çəkidə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürüb. Saxlanılan şəxs istintaqa verdiyi ifadədə günahını etiraf edib. faktla bağlı cinayət işi başlanıb.


Xəbər lenti